Səbət
    Uğurlu insanlar günə necə başlayır
    Bencamin Spoll

    Uğurlu insanlar günə necə başlayır

    9.90₼


    Məhsulun kodu: 6LVAW4XUFF
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952532449
    Səhifə sayı: 392
    Tərcüməçi: Könül Nəsibova
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 125x185
    Çatdırılma: 1-3 iş günü arası.

    Səhər rejiminiz və bu zaman üstünlük verdiyiniz seçimlər nəticəsində gününüzün qalan hissəsi ya məhsuldar və rahat, ya da xaotik və yorucu keçir. Mari Kondo gün ərzində rahat olmaq və diqqətini işinə cəmləşdirə bilmək üçün evdən çıxmamışdan əvvəl otaqları əlüstü sahmana salır. “Pixar” və “Walt Disney” cizgi film studiyalarının prezidenti Ed Kətmell üç porsiya espressonu üç çay qaşığı kakao tozu ilə qarışdırır və iki ədəd şəkərəvəzedici əlavə edir. Fitnes məşqçisi Cillian Maykls zəngli saat qurmur, çünki beş yaşlı oğlu anasını qucaqlamaq üçün hər səhər onun yatağına atılır. Bir hissəsini təlimat, bir hissəsini isə şəxsi həyatla bağlı müsahibələrin təşkil etdiyi “Uğurlu insanlar günə necə başlayır” kitabının müəllifləri üçqat olimpiya çempionu Rebekka Soni, “Twitter” şirkətinin həmtəsisçisi Biz Stoun və general Stenli MakKristal da daxil olmaqla, müasir dövrün 64 ən uğurlu insanı ilə söhbətlər aparıb, düzgün səhər rejiminin təşkili ilə bağlı tövsiyələr veriblər. Bəzi insanların rejimi erkən səhər idmanından və sadə həyat tərzindən ibarət olsa da, bəzilərininki daha rəngarəng, əyləncəli və həzzvericidir. Lakin bu insanların ortaq xüsusiyyəti ondan ibarətdir ki, heç biri səhər rejimini əziyyət və ya iş yükü kimi qəbul etmir. Özünə uyğun olan və düzgün rejimi yarada bilən hər kəs səhərini sevinclə açır. Bu müfəssəl təlimat kitabı məhz özünüzə uyğun olan rejimin təşkili və gündəlik həyatınızı asanlaşdıran vərdişlərin yaradılması yollarını izah edir. Binanın möhkəmliyi və davamlılığı onun təməlindən asılı olduğu kimi, günümüzün məhsuldar keçməsi və verdiyimiz qərarların düzgünlüyu də səhər rejimimizdən asılıdır. Razılaşsanız da, razılaşmasanız da, səhər vərdişlərimiz günümüzün təməlini təşkil edir. Əgər məhsuldarlığınızı artırmaq, idman və ya meditasiya ilə məşğul olmaq, yaxud sadəcə olaraq, səhər əzginliyinin öhdəsindən gəlmək istəyirsinizsə, bu kitab çox köməyinizə çatacaq.

    Oxşar kitablar

    Harvard Biznes Məktəbi

    Layihələrin idarə edilməsi

    4.20₼
    Rəşad İbrahimov

    Ruhlandıran layihələr: İdarəetmə incəsənəti

    15.00₼
    Rafiq Hunaltay

    Bu günün marketinqi 3

    9.00₼
    Ken Honda

    Pulla xoşbəxt olmağın yapon üsulu

    10.90₼
    Sem Volton

    Amerika İstehsalı

    13.40₼
    Devid Oqilvi

    Reklamçının etirafları

    6.49₼