Səbət
    Səmərqənd
    Amin Maluf

    Səmərqənd

    9.90₼


    Məhsulun kodu: TONNXO7OHU
    Nəşriyyat: Qanun Nəşriyyatı
    Dil: Azərbaycanca
    ISBN: 978-9952-26-598-9
    Səhifə sayı: 432
    Tərcüməçi: Minə Candan
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 130x200
    Çatdırılma: 1-3 iş günü arası.

    Amin Maalouf 1949-cu ildə Livanda dünyaya göz açıb. İqtisadiyyat və sosiologiya fakültəsini bitirdikdən sonra jurnalist kimi fəaliyyət göstərib. 1976-cı ildən etibarən Parisdə yaşayır. Müxtəlif redaksiyalarda yönətici və köşə yazarı kimi fəaliyyət göstərən Maalouf hazırda vaxtının əksəriyyətini kitab yazmaqla ke­çirir. Çox yaxşı tanıdığı Asiya və Aralıq dənizi bölgəsinin mif və əfsanələrini əsərlərində məharətlə qələmə alan Maalouf “Les Croisades vues par les Arabes” (“Xaç yürüşü ərəblərin gözü ilə”) (1983) adlı ilk kitabı ilə uğur qazandı və kitabın tərcümə edil­diyi dillərin ölkələrində tanındı. 1986-cı ildə nəşr edilən və eyni ildə “Fransa-Ərəb dostluq mükafatı”nı alan ikinci kitabı (ilk romanı) “Leon l’Africain” (“Afrikalı Leo”) isə bu gün “klassiklər” sırasında yer almaqdadır. Maalouf 1988-ci ildə yayımlanan “Samarcande” (“Səmərqənd”) əsəri də böyük coşqu doğurmuş və bir çox dillərə tərcümə edilmişdir. “Səmərqənd”dən sonra qələmə aldığı digər iki əsəri – “Les Jardins de lumière” (“İşıq bağçaları”) (1991) və “Le Premier Siecle après Béatrice” (“Beatrisdən sonra birinci əsr”) (1992) əsərləri də roman janrında yazılmışdır. Amin Maalouf 1993-cü ildə işıq üzü görən “Le Rocher de Tanions” (“Tanios qayaları”) əsəri ilə “Goncourt” mükafatına layiq görülmüşdür. “Les Echelles du Levant” (“Şərqin limanları”) romanı 1996-cı ildə, “Les İdentité Meurtrière” (“Ölümcül şəxsiyyətlər”) adlı esselər toplusu isə 1998-ci ildə nəşr edilmişdir. 2000-ci ildə Maalouf “Le Périple de Baldassare” əsəri yayımlandı. Finlandiyalı musiqiçi Kayya Saariaxonun bəstələdiyi opera üçün yazdığı “Uzaqdan məhəbbət” (2002) Maalouf ilk librettosudur. 2004-cü ildə “Origines” (“Başlanğıclar”) romanı, 2006-cı ildə ikinci librettosu “Adriana Mater”, 2009-cu ildə isə ikinci esselər toplusu “Le dérèglement du monde” (“Dünyanın əxlaqsızlığı”) əsərləri yayımlanmışdır. Amin Maalouf 2011-ci ildə Fransız Akademiyasına üzv seçilmişdir.

    Oxşar kitablar

    Amin Maluf

    Leon Afrikalı

    7.99₼
    Amin Maluf

    Xaç yürüşləri ərəblərin gözü ilə

    14.90₼
    Mark Levi

    Stenfildlərin sonuncusu

    12.99₼
    Eduardo A. Sacheri

    Gözlərindəki sirr

    14.99₼
    Meri Şelli

    Frankenşteyn və ya müasir Prometey

    8.90₼
    Pol Oster

    Nyu York trilogiyası

    7.99₼
    Lev Tolstoy

    Şeytan

    3.49₼
    Gül İrepoğlu

    Kölgəmi Qoydum Zanbaq Bağçalarında

    9.99₼
    Sarah Jio

    Parisdəki bütün çiçəklər

    14.99₼
    Con Steynbek

    Mirvari

    3.99₼