Səbət
    Kəşf olunmamış mənlik
    Karl Qustav Yunq

    Kəşf olunmamış mənlik

    11.99₼


    Məhsulun kodu: Z8MQHBDYB6
    Nəşriyyat: Kosmo Nəşriyyatı
    Dil: Azərbaycanca
    Səhifə sayı: 152
    Tərcüməçi: Araz Gündüz
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 130x200
    Çatdırılma: 1-3 iş günü arası.

    İsveçrəli psixiatr Karl Qustav Yunq psixologiyanın dərin qatlarını aydınlaşdırmağa yönəlmiş analitik psixologiya təliminin yaradıcısıdır. Gəncliyində çox böyük ehtirasla fəlsəfi təlimləri öyrənməsi ilə seçilmişdir. Bazel və Sürix universitetlərini bitirəndən sonra, 1900-cu ildən başlayaraq Sürix universitetinin nəzdindəki dəlilər üçün qurulmuş klinikada işləmişdir. Klinikada işlədiyi dövrdə Yunq Ziqmund Freydin əsərləri ilə, daha sonra isə onun özü ilə tanış olmuşdur. 1907-ci ildən başlayaraq yolları ayrılanədək, beş il ərzində Yunqla Freyd çox sıx əməkdaşlıq etmişlər. “Kəşf olunmamış mənlik” əsərini Yunq 82 yaşında yazmış və bu onun yaradıcılığında sonuncu nümunələrdən biri olmuşdur. Bu əsərdə Yunq fərdin psixikasına dövlət və din siyasətinin təsirindən bəhs edir. Fərdin bu təsirlər altında cəmiyyətdəki durumunu göstərir. Eyni zamanda kitabda Yunqun Ruhun Quruluşu adlı məqaləsi yer almışdır. Bu məqalə oxuculara analitik psixologiya haqqında fundamental məlumatları əldə etməyə kömək edəcək. Psixologiya elminin kütləviləşdirilməsi məqsədilə çap etdirdiyimiz bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

    Oxşar kitablar

    İrvin Yalom

    Psixoterapiya vergisi

    9.99₼
    İrvin Yalom

    Din və psixiatriya

    5.00₼
    Mustafa Kılınç

    Qadınlar nə istəyir? Kişilər nə verir?

    6.99₼
    Erix Fromm

    Sevmək sənəti

    5.99₼
    Alis Miller

    İstedadlı uşağın dramı

    9.99₼
    Ziqmund Froyd

    Sevgi Məktubları

    5.99₼
    Müəllif yoxdur

    Səni yoran hər şeyi burax

    9.99₼