Səbət
    Hitler: insan, yoxsa şeytan?
    Fransua Ribado Düma

    Hitler: insan, yoxsa şeytan?

    13.90₼


    Məhsulun kodu: H7M1G6HYV7
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952540284
    Səhifə sayı: 456
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 120x185
    Çatdırılma: 1-3 iş günü arası.

    Hitler kimdir? Çoxumuz elə düşünə bilərik ki, Hitlerin kim olduğunu yaxşı bilirik. Ancaq ilk baxışda belədir. İndiyədək oxuduğumuz kitablardan, saysız-hesabsız qəzet-jurnal məqalələrindən, baxdığımız filmlərdən biz yalnız Hitlerin yürütdüyü irqçilik siyasətini, bu idbar siyasətin qurbanı olan milyonlarla günahsız insanın taleyini, onun Avropa ölkələrini zəbt etməsini və əlbəttə, SSRİ-yə qarşı müharibəni öyrənmişik. Fürerin əsl təbiəti, daxili dünyası, intim həyatı, dini inancı kimi məsələlər isə hələ də sirr olaraq qalır. Bu sirri hətta Nürnberq prosesi də aça bilmədi. Məşhur fransız yazıçısı, tarixçi və publisist, gizli ezoterik elmlərlə məşğul olan Fransua Ribado Düma oxuculara Adolf Hitlerin şəxsiyyətinin indiyədək aşkar olunmamış bir tərəfini təqdim edir. Bəşər tarixinin ən qaniçən diktatorunun həyatını doğulduğu gündən öldüyü günədək izləyən müəllif nasistlərin arxivlərindən tapılmış tam məxfi sənədləri, adlarını bildirmək istəməyən şahidlərin dediklərini, Hitlerin yaxın məsləkdaşlarının gündəlik və memuarlarını, eləcə də şəxsən özünün apardığı araşdırmaları əsas tutaraq, oxucunu sözün əsl mənasında şoka salan, tayı-bərabəri olmayan sənədli bioqrafiyanı təqdim edir. O, sübut edir ki, alman xalqının, eləcə də bir çox başqa xalqların pərəstiş etdiyi, ərəblərin, ümumən müsəlmanların Məhəmməd peyğəmbərdən sonra “ikinci müqəddəs insan” saydığı, “Göydə Allahdır, yerdə Hitler” deyib səcdə etdiyi III Reyx kansleri adi adam yox, Tule gizli satanist sektasının üzvü imiş. O, qara cadu ilə məşğul olan, bütün qərarlarını ətrafına topladığı məşhur cadugərlərin məsləhəti ilə qəbul edən, daim şər ruhlarla əlaqədə olan, Tanrını inkar edib ruhunu şeytana satmış qorxunc bir insan olub. Sadə dillə yazılan, ilk səhifəsindən sonadək birnəfəsə oxunan, yalnız və yalnız ciddi tarixi sənədlər və canlı şahidlərin dedikləri üzərində qurulan bu misilsiz əsər Hitleri oxucuya tam başqa prizmadan göstərir. Bu əsəri oxuyandan sonra heç kim nə İkinci Dünya müharibəsinə, nə də bu dəhşətin müəllifi olan Hitlerə əvvəlki gözlə baxmayacaq.

    Oxşar kitablar

    Şarl Lui Monteskyö

    İran Məktubları

    9.40₼
    Nelson Mandela

    Nelson Mandelanın avtobioqrafiyası

    15.40₼
    Aleksandr Düma

    Qafqaz səfəri

    6.99₼
    Tova Fridman

    Auşvits qızı

    14.40₼
    Nikola Tesla

    İxtiralarım

    8.50₼
    Maykl Paterson

    II Nikolay. Sonuncu çar

    13.00₼
    David Rockefeller

    Bankirlər klubu

    11.90₼
    Nəsiman Yaqublu

    Məhəmməd Əmin Rəsulzadə. Həyat və fəaliyyəti

    14.99₼
    Henri Ford

    Həyatım və işim

    11.99₼
    Əlisa Nicat

    Azadlıqdan doyanlar

    5.00₼