Drakula
| Məhsulun kodu: | A9REKDT3NR |
| Nəşriyyat: | Qanun Nəşriyyatı |
| Dil: | Azərbaycanca |
| ISBN: | 978-9952-38-586-1 |
| Səhifə sayı: | 432 |
| Cild: | Yumşaq |
| Kitabın ölçüsü: | 145x210 |
| Çatdırılma: | 1-3 iş günü arası. |
İrland yazıçısı, romançı, qısa hekayələr müəllifi və teatr tənqidçisi kimi xatırlanan Brem Stokerin məşhur “Drakula” romanı ilk dəfə 1897-ci ildə, İngiltərədə çap olunub. Epistolyar roman janrında qələmə alınmış əsərin baş qəhrəmanı zadəgan-vampir Drakuladır. Əsər başdan-başa qəh-rəmanların qeydləri, məktubları və gündəlikləri əsasında qurulub. Gözəl Lüsi Vestenraya aşiq olan üç dostun romantik sevgisi, vampir Drakula tərəfindən həyatı məhv olan Lüsinin intiqamını almaq üçün bir yerə top-laşan aşiqlərin qəhrəmanlıqları, ağıllı və gözəl Mina Harkerin iztirabları, sevgisi və dostları uğrunda həyatını təhlükəyə atmaqdan çəkinməməsi, cəsur, ağıllı, uzaqgörən doktor Van Helsinqin təkcə sevdiyi, bağlandığı in-sanları deyil, bütövlükdə bəşəriyyəti bəladan xilas etmək çabaları romanı son dərəcə oxunaqlı edir. İngilis romantizminin maraqlı nümunələrin-dən olan “Drakula” romanında oxucu gerçək sevginin, etibarın, güvəncin qüdrətini həyəcan və dəhşətlə izləyir. “Drakula” – bütün qorxulara qalib gələnlərin romanıdır.