Səbət
    Cəld və yavaş düşünmək
    Daniel Kaneman

    Cəld və yavaş düşünmək

    15.90₼


    Məhsulun kodu: EIPLDSGPFY
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952313963
    Səhifə sayı: 620
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 140x210
    Çatdırılma: 1-3 iş günü arası.

    Məqsədyönlü qərarları və qərarvermə prosesini araşdıran və psixologiyaya dair baxışlarımızın üfüqlərini genişləndirən əsəri ilə 2002-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş Daniel Kaneman özünə müasir dövrün ən tanınmış mütəfəkkirləri arasında yer qazanıb. Düşüncələri ilə iqtisadiyyat, tibb və siyasət də daxil olmaqla bir çox elm sahələrinə ciddi təsir göstərmiş alim bu kitabında illərlə davam etdirdiyi araşdırmalarının nəticələrini toplayıb. Kitab oxucunu sanki bir “düşüncə səyahəti”nə çıxarır və fikirlərimizi idarə edən iki sistemi izah edir: sürətli, intuitiv və emosional olan I sistem və daha yavaş, daha təmkinli və daha məntiqli olan II sistem. Daniel Kaneman sürətli düşünməyin fövqəladə faydalarını, eyni zamanda çatışmazlıqlarını və şüurlu (koqnitiv) tərəfkeşliyini də diqqətə çatdırır. Bundan başqa, intuitiv təəssüratlarımızın düşüncə və davranışlarımıza təsirlərini də izah edir. Yanılma (səhv etmə) qorxusunun, ya da əksinə, həddən artıq özünəinamın fəaliyyət strategiyalarına nə dərəcədə təsir göstərdiyini, gələcəkdə bizi nəyin xoşbəxt edəcəyini proqnozlaşdırmaqda niyə bu qədər çətinlik çəkdiyimizi, birja oyunlarından tutmuş növbəti tətilimizi harada keçirəcəyimizə qədər həyatın bütün sahələrində təəssübkeşliyimizin necə həlledici rola malik olduğunu görürük. Oxucu ilə sanki canlı söhbətə girən Kaneman intuisiyamıza nə vaxt güvənib-güvənməyəcəyimizi və yavaş düşünməyin nə zaman daha faydalı olacağını öyrədir. İş və şəxsi həyatımızda necə seçim edə, necə davrana və bizə problemlər yaradan yanlış qərarlardan qaçmağın fərqli metodlarından necə yararlana biləcəyimizi göstərir. “Cəld və yavaş düşünmək” düşünməklə bağlı təsəvvürlərinizi kökündən və birdəfəlik dəyişəcək.

    Oxşar kitablar

    Brayan Treysi

    Bəhanələrə yox! Daxili intizamın gücü

    10.99₼
    Rəşad İbrahimov

    Ruhlandıran layihələr: İdarəetmə incəsənəti

    15.00₼
    Riçard Kox

    80/20 meneceri

    9.99₼
    Avinaş K. Diksit

    Strategiya sənəti

    17.90₼
    Alfred Mill

    İqtisadiyyat 101

    14.99₼
    Riçard Kox

    80/20 meneceri

    14.99₼
    Harvard Biznes Məktəbi

    Vaxtın idarə edilməsi

    4.20₼
    Robert T. Kiyosaki

    Varlı uşaq, ağıllı uşaq

    11.99₼