Səbət
    Böyük insan haqqında xatirələr
    Vilayət Quliyev

    Böyük insan haqqında xatirələr

    7.90₼


    Məhsulun kodu: PMYYXTTKDJ
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952563320
    Səhifə sayı: 216
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 145x205
    Çatdırılma: 1-3 iş günü arası.

    Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyatı, şəxsiyyəti, titanik fəaliyyəti və öz ölkəsi qarşısındakı misilsiz xidmətləri indiyə qədər çoxsaylı araşdırmaların, elmi-tədqiqat işlərinin, habelə bədii-publisistik və tarixi əsərlərin predmeti olub. Heydər Əliyev fenomeni bu əsərlərdə ən müxtəlif aspektlərdən qiymətləndirilib, onun müstəsna dəyərə malik tarixi rolu göstərilib. 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri olmuş, dörd il Ümummilli liderin bilavasitə rəhbərliyi altında çalışmış ədəbiyyatşünas-alim və diplomat Vilayət Quliyevin “Heydər Əliyev İli”ndə oxuculara təqdim edilən “Böyük insan haqqında xatirələr” kitabı da bu qəbildən olan növbəti uğurlu cəhddir. Əsərdə müəllifin sıx təmasda olduğu dövlət başçısı ilə bağlı düşüncə, müşahidə, təəssürat və xatirələri öz əksini tapıb. Müəllif bu kitabında Heydər Əliyev fenomeninə ən müxtəlif rakurslardan baxmağa çalışır, bu böyük azərbaycanlını qeyri-adi nüfuza malik xarizmatik siyasi xadim, millətin rəhbəri və ağsaqqalı, iti zəkası və incə yumor hissi ilə seçilən sadə, səmimi və həssas insan, eyni zamanda hər bir səviyyədə neqativ hallara qarşı mübarizə aparan prinsipial, qətiyyətli və barışmaz dövlət adamı kimi səciyyələndirir, onu Azərbaycanın dünyada səsi və sözü olan görkəmli lider adlandırır.

    Oxşar kitablar

    Vilayət Quliyev

    Atatürk və Əhməd Ağaoğlu

    5.99₼
    Vilayət Quliyev

    General Denstervilin Bakı gündəliyi

    6.99₼
    Vilayət Quliyev

    Türk dünyasında Azərbaycan

    13.99₼
    Vilayət Quliyev

    Türkiyəni duyğulandıran ölüm

    4.99₼
    Vilayət Quliyev

    Baş Nazirin xanimi

    4.99₼
    Yılmaz Özdil

    Mustafa Kamal

    15.00₼
    Saymon Sebaq Montefiore

    Böyük Yekaterina və Potyomkin

    19.60₼
    Oljas Süleymenov

    Oljas Fenomeni

    16.80₼
    Tara Uestover

    Tələbə

    13.90₼