Səbət
    10 dekabr
    Corc Sanders

    10 dekabr

    10.00₼


    Məhsulun kodu: JWZTBIVTIG
    Nəşriyyat: Teas Press
    Dil: Azərbaycanca
    ISBN: 9789952310306
    Səhifə sayı: 288
    Cild: Yumşaq
    Kitabın ölçüsü: 120x185
    Çatdırılma: 1-3 iş günü arası.

    Corc Sanders müasir ABŞ ədəbiyyatında qeyri-adi dəsti-xətti ilə seçilən, əsərləri onlarla ədəbiyyat mükafatına layiq görülən, kitabları "New York Times"ın bestsellerlər siyahısına düşən qələm ustalarındandır. "Time" jurnalının rəyinə görə, "ingilisdilli ədəbiyyatda ən yaxşı, "ən yaxşılardan biri" yox, "güman ki, ən yaxşı" da yox, məhz "ən yaxşı" təhkiyə ustası Corc Sandersdir. Bəli, Sandersin sərrast müşahidəsi, incə yumoru neçə ildir ki, ədəbiyyat həvəskarlarının, ədəbi tənqidçilərin xüsusi diqqət mərkəzindədir. Bundan başqa, Sanders üçüncü şəxs kimi personajlarının fikrinə dalmaqla onların şəxsiyyətini açmağın böyük ustası sayılır. Yazıçı bundan ötrü bəzən primitivizm səviyyəsinə enməyə, bəzən mürəkkəb, qeyri-real fantastik mühitlər qurmağa hazırdır. Oxucu bu personajları iki baxış bucağından izləyir: obrazların daxili dialoqları vasitəsilə və onların beyninə "qonmuş" yazıçının təhkiyəsi vasitəsilə. Sanders konsyumerizmi, maniakal şoppinq azarını qamçılayır, ismarışlarını cəmiyyətə ən sadə yollarla göndərir. Yazıçının üslubu son dərəcə mütəhərrikdir. Onun hekayələri rəvan, birnəfəsə mütaliə vəd edir, çünki onlar obrazların öz fikirləri ilə ifadə edilib - insan isə öz düşüncələrində heç vaxt yersiz təfərrüatlara varmır. "10 dekabr" hekayələr toplusu bu mənada Corc Sandersin bəlkə də ən gözəl əsərlərinin çələngidir.

    Oxşar kitablar

    Corc Sanders

    Linkoln bardoda

    9.00₼
    Qabriel Qarsiya Markes

    Vəba günlərində eşq

    9.99₼
    Məmməd Səid Ordubadi

    Dumanlı Təbriz

    19.99₼
    Kolin Makkalou

    Tikanlıqda şərqi deyənlər

    14.99₼
    Cudit Maknaut

    Cənnət

    17.50₼
    Veronika Rot

    Seçilmiş

    13.80₼
    Yukio Mişima

    Qızıl məbəd

    12.99₼
    Cudit Maknaut

    O anı xatırla

    9.00₼
    Maksim Qorki

    Fırıldaqçı

    3.49₼
    Devid Qrossman

    Bir at bara girir

    10.00₼